İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 09.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Kommunikasiya, reklam, layihə, media sahələrində 3 il iş təcrübəsi;
  • Dil bilikləri - ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
  • MS Office bilikləri;
  • Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları, media, dövlət idarələri, Gənclər və İdman     nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları Formula yarışları…).

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək;
  • Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək;
  • Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş  tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
  • Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq;
  • Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək;
  • İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək;
  • KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında   dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] email adresinə göndərə bilərlər.

İşəgötürənin reytinqi