Baş mühasib

  • Afam Group
  • Elanın qoyulma tarixi: 01.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
  • Baş mühasib kimi minimum 3 il iş təcrübəsi;
  • Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
  • Sahə üzrə yerli qanunvericiliyi mükəmməl bilməsi mütləqdir;
  • Beynəlxalq mühasibatlıq bilikləri üstünlükdür.

İşin təsviri:

  • Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması;
  • Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergi bəyənnamələrinin, hesabatların hazırlanması və təqdim olunması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

İş yeri: Bakı şəhəri (mərkəz)

İş qrafiki: 5 günlük (normal)

Əmək haqqı: nett 1200-1500 manat (namizədə görə dəyişə bilər)

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerinə  “Baş mühasib” yazaraq [email protected] email ünvanına göndərməsi xahiş olunur.

Afam Group tərəfindən digər vakansiyalar