İstismar xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Market binalarının ümumi nəzarətini təmin etmək.
  • İstismar xidmətləri üzrə Menecerə kömək etmək və bütün texniki xidmət və təmizlik işlərinin düzgün şəkildə aparılmasını təmin etmək.
  • Marketlərdən və digər departamentlərdən ümumi sorğulara nəzarət etmək və planlar hazırlamaq.
  • Bütün zəruri sənədləri doldurarkən bütün yaranmış gözlənilməz halları aradan qaldırmaq.
  • Texniki nəzarətçilərlə əlaqə saxlamaq və onları İstismar xidmətləri üzrə Menecerin təlimatlarına əsaslanan planlar barədə məlumatlandırmaq.
  • Gündəlik ehtiyaclar, problemlər və müştəri rəyləri barədə nəzarətçiyə məlumat vermək.
  • Suallara cavab verməyi bacarmaq, zəruri və təcili sualları müvafiq nəzarətçiyə yönləndirmək.
  • Bütün sifarişləri etmək və onların yerinə yetirilməsini İstismar xidmətləri üzrə Menecerin təlimatlarına uyğun olaraq izləmək.
  • Marketlərdən gündəlik planlar, ehtiyaclar, problemlər və müştəri rəyləri barədə mühəndislərə və texniki nəzarətçilərə məlumat vermək.

Namizədə dair tələblər:

  • Texniki təhsil; 
  • Azərbaycan dili üzrə səlis, İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər; 
  • MS office proqlamlarında işləmək bacarığı; 
  • İstismar xidmətləri (Təmir və texniki dəstək) sahəsində iş təcrübəsi arzu olunandır; 
  • Bina elektrikro-mexanika texnologiyaları haqqında biliklərə sahib olmaq; 
  • Problemləri həll etmə və qərar qəbul etmə bacarıqlarına malik olmak 

Maraqlanan namizədlər " İstismar xidmətləri üzrə mütəxəssis  " başlığı ilə müraciət edə bilər.