ERP mütəxəssis

  • ATA Texnologiya
  • Elanın qoyulma tarixi: 31.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • ERP proqram inzibatçısı, proqram dəstəyi, proqram mütəxəssisi  və sair bu kimi vəzifələrdə minimum 1 il iş təcrübəsinin olması;
  • Proqramlaşdırma məntiqinin olması və proqramlaşdırma texnologiyasını bilməsi;
  • Netsis, Logo və sair bu kimi ERP proqramların əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
  • Yüksək səviyyədə excel bilikləri;
  • Yüksək səviyyədə SQL bilikləri;
  • Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
  • Mühasibat uçotu prinsipləri və ikili müxabirləşmə barədə məlumatlı olmaq;

Vəzifə öhdəlikləri

  • ERP proqramlarda işləmə, proqramlaşdırma və dəstək işlərinin görülməsi;
  • Müştərilərdə mövcud biznes modellərin iş prinsipini və baş verən prosesləri analiz etmək;
  • Proqram təminatlarında optimallaşdırma işləri aparmaq;
  • Müştərilərdən gələn istək və tələblərə əsasən texniki dəstəyin verilməsi;
  • istifadəçi təlimlərinin həyata keçirilməsi;
  • ERP sistemindən tələb olunan hesabatların hazırlanması;

Xahiş olunur CV-lərinizi 01.12.2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “ERP mütəxəssis” qeyd etməklə  göndərəsiniz.