Bazar araşdırması üzrə mütəxəssis

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 30.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş marketinq tədqiqatı layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
  • Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
  • Tədqiqat tapıntılarını təsvir edən qrafiklər və onları izah edən yazılı mətnlə nəticələrin təhlil edilib ümumiləşdirilməsi və nəticələrlə bağlı tövsiyələr verilməsi;
  • Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
  • Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
  • Tədqiqat yolu ilə potensial yeni məhsul və ya bazarların müəyyən edilməsi;
  • Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
  • Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi;
  • Verilmiş digər əlaqəli vəzifələrin yerinə yetirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Marketinq, statistika, riyaziyyat və ya müvafiq sahədə bakalavr təhsili (MBA təhsilinə üstünlük verilir)
  • Statistikada nümunələri qeyd etmək bacarığı
  • Microsoft Office proqramları üzrə biliklər
  • Microsoft Power BI/Tableau üzrə biliklər
  • SQL üzrə ilkin biliklər
  • Python və ya R proqramlaşdırma dilləri üzrə ilkin biliklər
  • Detallara  güclü diqqət və güclü analitik düşüncə
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi (arzuolunan)
  • Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

İşəgötürənin reytinqi