İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
- Şöbənin iş planı və fəaliyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Şirkətdə aidiyyəti hüquqi aktların tələblərinə cavab verən informasiya və proqram təminatı sisteminin yaradılması, onun müvafiq sahədə müəyyən olunmuş standartlara uyğun və fasiləsiz işlək vəziyyətində saxlanılması və profilaktik tədbirlərin görülməsi istiqamətində tədbirlər görmək;
- İnformasiya təhlükəsizliyi və kiberhücumların qarşısının alınması istiqamətində tədbirlər görmək, riskləri qiymətləndirmək və mütəmadi olaraq monitorinqlər həyata keçirtmək;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
- Şirkət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər həyata keçirtmək;
- Şirkət üzrə idarəetmə proseslərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və icrası ilə bağlı tədbirləri həyata keçirtmək;
- Şirkətin vahid kompüter şəbəkəsinin və proqram təminatının yaradılmasını təmin etmək;
- Şirkətin elektron poçtunun, internet səhifəsinin və müasir texnologiyalara uyğun olaraq elektron informasiya ehtiyatlarının mühafizəsinin təşkil olunması üçün zəruri işlərin icrasını təmin etmək;
- İnformasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiqini təşkil etmək;
- İnformasiya və elektron idarəetmə sahəsində inkişaf məqsədilə yeni avadanlıqların alınması, proqram təminatının, informasiya sistemlərinin yenilənməsi və lisenziyaların alınması, şəbəkə infrastrukturunun təkmiləşdirilməsi və yeni avadanlıqlarla təchizat, informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı İdarə heyətinə təkliflər vermək;
- İKT məzmunlu tələblərin təqibini və koordinasiyasını aparmaq;
- İKT layihələrinə rəhbərlik və nəzarət etmək;
- Rəhbərlik etdiyi əməkdaşları motivasiya etmək və effektiv işləmələri üçün şərait və imkanları təmin etmək;
- Maraqlı tərəflərlə (istifadəçi nümayəndələri ilə) İKT xidmət səviyyəsi üzrə mütəmadi olaraq görüşlər təşkil edilməsi;
- Alınacaq yeni program paketlərinin quraşdırılması və sazlanmasında dəstək olmaq, inteqrasiya mövzusunda yardım etmək, təkliflər irəli sürmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, şəxsi və peşəkar inkişafa yönümlülük.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Windows və linux əməliyyat sistemləri ilə işləmə bacarığı, Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur.
- Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil.
- Müvafiq sahə üzrə ən azı 5 il , idarəetmə sahəsində 3 il iş təcrübəsi olmalıdır.
- Layihələrin idarəolunması üzrə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] mailin mövzu hissəsinə mütləq " İT şöbəsinin müdiri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.