İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;
- Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
- Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
- Şəbəkə avadanlıqlarının idarə edilməsi;
- İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi
- Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;
- Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi, təhlükəsizlik təhdidlərindən müdafiə həllərinin hazırlanması;
- Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi;
- Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi;
- Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə;
- Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.);
- Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
- Profilaktik və reqlament işlərinin aparılması;
- Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;
- Məlumat mərkəzinin bulud infrastrukturu ilə inteqrasiyasına dəstək;
- Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
- Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə;
- Microsoft Exchange Server idarəetmə təcrübəsi;
- Linux OS server ilə bağlı bilik və təcrübə;
- VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında inamlı bilik və təcrübə;
- Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi təcrübəsi;
- PowerShell-də (python, bash) skript yazma təcrübəsi;
- Veb serverlərin (IIS, Apache, NginX) iş prinsiplərinin anlaşılması;
- SAN sistemləri ilə iş təcrübəsi;
- Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
- Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;
- Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;
- Monitorinq sistemləri ilə işləmək bacarığı;
- İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi;
- İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2021-ci il tarixinədək [email protected] email adresinə göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ Network Administrator ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.