İşin təsviri
Tələblər:
- Ali təhsil
- Təcrübə -“1C operator “ vəzifəsində min 1 il
- 1C proqramı üzrə mükəmməl biliklər
- MS Office proqramlarından istifadə bacarığı
Vəzifə öhdəlikləri:
- Mal satanlara iadə olunan malların razılaşdırılmış iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun yoxlanılması və 1C proqramında təsdiq edilməsi.
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C-proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət.
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması.
- Mütəmadi olaraq mal satan şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və AKT- laşdırılması.
- Anbarda olan malların seriya, adları üzrə uyğunsuzluqlarının 1C proqramında düzəliş edilməsi.
- Referent siyahıya daxil edilmiş qiymətlərin 1C –proqramına daxil edilməsi və yoxlanılması.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo
- Tibbi sığorta ilə təmin olunma
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 350 AZN.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin. Xahiş olunur CV-nizi [email protected] email adresinə göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.