Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı / baş mütəxəssisi

  • Unibank
  • Elanın qoyulma tarixi: 19.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Maliyyə sahəsi üzrə bakalavr ali təhsili;
• Analitik düşünmə qabiliyyəti, modelləşdirmə bacarığı;
• EXCELL-lə yüksək səviyyədə işləmə baxarığı;
• SQL, Pyton, R üzrə biliklər arzu olunandır;
• Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzu olunandır;
• Azərbaycan dili üzrə yüksək səviyyədə bilik;
• İngilis dili üzrə upper-intermediate səviyyəsində bilik;
• Müvafiq sahə üzrə minimum 3 ay təcrübə müddəti.

Öhdəliklər:

• Bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.
• Bazar və likvidlik risklərinin monitorinqini va statistikasını aparmaq;
• Bazar və likvidlik risklərinin məhdudlașdırılması va azaldılması üzrə tədbirlərin həyata keçirilməsi barədə təklifləri rəhbərliyə təqdim etmək;
• Bazar və likvidlik risklərin ilə bağlı mümkün olan itkilərin baș vermə ehtimalını və həcmini hesablayaraq Bankin aktivlərini va kapitalını maksimum qoruyub saxlamaq;
• Bazar və likvidlik risklərinin Bankin strateji hədəflərinə çatması üçün qəbul etmək istədiyi riskin həcminə uyğun olan səviyyəni müəyyən etmək;
• Bazar və likvidlik risklərini üzrə risk iştahasının Bankin maliyyə baxımından sabitliyinə və onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayan səviyyədə saxlanılması üçün tədbirlər görmək;
• Banklararası kredit, deposit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Bazar riskləri) göstərməyiniz xahiş olunur).

İşəgötürənin reytinqi