Logistika üzrə koordinator (ağır texnika üzrə)

  • AMET Services
  • Elanın qoyulma tarixi: 18.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
• Logistika istiqaməti üzrə 2-3 il iş təcrübəsi tələb olunur
• Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək;
• Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
• Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
• Əla səviyyədə Azərbaycan dili, Rus dili, İngilis arzu
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

İşin təsviri:

• Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
• Nəqliyyatın planlaşdırılması və sifarişi
• İdxal və İxrac əməliyyatlarına nəzarət
• Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
• Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
• İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
• Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
• Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
• Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
• İşlə bağlı cədvəllərin izlənməsi və gündəlik yenilənməsi

Əlavə məlumat:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Əmək haqqı: 600-800 AZN
• İş qrafiki: 5 gün
• Ünvan: Salyan şossesi 12-ci km, Seabay restoranı ilə üzbəüz

Təminatlar:

• Nahar ilə təmin edilmə
• Könüllü tibbi sığorta ilə təmin edilmə
• Korporativ nömrə ilə təmin edilmə

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Logistika üzrə koordinator” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.