Baş mühasib

  • Merkuri BOKT
  • Elanın qoyulma tarixi: 18.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
• Xərclərin tanınması metodlarını bilmək
• Əsas vəsaitlərin uçotunun aparılması qaydalarını bilmək
• Amortizasiya hesablanması qaydasını bilmək
• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
• Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
• Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;

Tələblər:

• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 ildən yuxarı iş təcrübəsi;
• Microsoft Ofis proqramlarında, 1 C, xüsusilə Excel-də sərbəst işləmə bacarığı
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

Tələblərə cavab verən şəxslər CV-lərini (şəkilli cv mütləqdir) [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.