CNC operator

İşin təsviri

İş şərtləri:

• 6 günlük iş həftəsi
• İş saatı 9:00 –dan 18:00 -dək
• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur. (Sınaq müddəti ödənişlidir)

Vəzifə öhdəlikləri:

- Yüksək keyfiyyətli məhsul istehsalına, səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işlənməsinə cavabdehlik daşımaq;
- İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, makinaların işinin tənzimlənməsini həyata keçirmək, mütammadi olaraq istehsal olunan malların dəzgahlarda keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək;
- İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət və hansısa bir nasazlıq olduqda növbə rəisinə və ya sex rəisinə dərhal məlumat vermək;
- Günlük istehsalat prosesinin planını istehsalat müdirindən qəbul etmək;
- İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün dərhal istehsalat müdirinə və növbə rəisinə məlumat vermək;
- İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək;
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət, əməyin təhlükəsiz və sağlam təşkili;

Namizədə tələblər:

• Qapı və ya mebel istehsalatı sahəsində əz azı 1 il iş təcrübəsi
• Təhsil: Orta, Orta ixtisas
• Dil bilikləri: Azərbaycan dili
• Əmək haqqı: 600 AZN

CV-nizi “CNC Operator“ başlığı altında [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.