Brend menecer

  • VMF
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

• Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq (Yerli və Beynəlxalq bazarlar)
• Markanın inkişaf etdirilməsi üzrə stradegiyanı hazırlamaq;
• Yeni məhsulları və ticarət nişanlarını sıfırdan hazırlayıb bazara çıxarmaq;
• Mövcud məhsulların uyğun olmayan parametrlərini müəyyən edib aidiyyatı bölmələr ilə həll edilərək istehlakçılar üçün yeni dəyərlər toplusunu yaratmaq;
• Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək;
• Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
• Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
• İstehsalçılar və podratçılar ilə işin koordinasiyası (Satınalma Şöbəsinin yönləndirilməsi);
• Tabeçiliyində olan işçilərin (Treyd Marketinq menecer və s.) işini koordinasiya etmək;
• Satış və istehsalat planlarını müvafiq bölmələr ilə birlikdə hazırlamaq və kordinasiya etmək;
• Məhsulun satış sxemini hazırlamaq (yeni satış bölmələrinin yaradılmasından mövcud satış kanalının optimallaşdırılmasına qədər)

Tələblər:

• Ali təhsil (arzuolunan - Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
• Bu sahədə minimum 1-2 il iş təcrübəsi
• Yüksək səviyyədə rus və ingilis dil bilikləri
• İnformasiya ilə işləmə bacarığı
• Word, excel , fotoshop, outlook, 1C proqramları
• Yaş həddi: 23-30
• Digər: Komandada işləmək bacarığı, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli.
• Ezamiyyətlərə açıq olmalı

Namizədlər CV-lərini Brend menecer başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi