İnsan ehtiyatları üzrə menecer

İşin təsviri

İ ş    E l a n ı:

İnsan ehtiyatları üzrə menecer
“İnkişaf üçün Maliyyə” (bank olmayan kredit təşkilatı)


Tələblər:

 Müvafiq ali təhsil və ya insan ehtiyatlarının idarə edilməsi üzrə biliklər
 Əmək hüququ və əmək qanunvericiliyi üzrə lazımi biliklər
 Peşəkar ünsiyyət qurma və danışıq vərdişlərinin olması
 Qərar qəbul edərkən ədalətli və hərtərəfli düşünmə qabiliyyəti
 Təşəbbüskarlıq
 Təlim və tədris qabiliyyəti
 Azərbaycan dilini mükəmməl bilmək. Rus dili və İngilis dillərini bilmək, komputer proqramlarında işləmək bacarığı

İnsan ehtiyatları üzrə menecerin görəcəyi əsas iş:

 İşçi seçimi prossessin idarə edilməsi
 İşçi heyəti üzrə İnkişaf planın hazırlanması, işçilərin motivasiyası və adaptasiyası
 İşçi heyətinin məhsuldarlığının və əməyin keyfiyyətinin ölçülməsi alətlərinin hazırlanması və təklifi
 İnsan ehtiyatlarının idarə edilməsi və inkişafı üzrə yeniliklərin öyrənilməsi və tətbiqi
 Attestasiya sisteminin hazırlanması və tətbiqi
 Əsas qiymətləndirmə əmsallarının (KPİ) hazırlanması və tətbiqi
 Əmək münasibətləri ilə bağlı sənədləşmə işlərinə nəzarət
 Müəssisənin insan ehtiyatları üzrə siyasət və prosedurların hazırlanması
 Vəzifə təlimatlarının və dəyişikliklərlə bağlı təkliflərin müəyyən dövrdən bir gözdən keçirilməsi
 Əmək və işçilər arası münasibətlərin araşdırılması və iadrəedilməsi
 Daxili prosedurlarla bağlı işçi heyətinə təlim
 Təlimlərin nəticələri üzrə hesabat testinin hazırlanması, gələcəkdə tətbiqi və təlimin təsirini attestasiyada ölçmək

Sənədlər aşağıdakı faks və ya elektron poçt ünvanlarında qəbul edilir:
Faks:  (994 12) 492 77 63 (daxili 11)
E-poçt: [email protected]
1. Xüsusi qeydlər:
2. Ərizələrin (CV-lərin) qəbulu 10 oktyabr 2012-ci il tarixinədək davam edəcəkdir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV/Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "İnsan Ehtiyatları üzrə Menecer" yazmağınız xahiş olunur.
5. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.
6. Telefonla zəng etməməyiniz xahiş olunur.