Logistika üzrə baş mütəxəssis

  • Buta Group
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Sifariş olunan məhsulların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi, qiymətlərinin alınması və tənzimlənməsi
• Ölkə xaricindən alınan məhsulun daşınmasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək (təhlükəsiz şəkildə, tez zamanda və itkisiz )
• Logistika planlamasının hazırlanması( problemlərin aşkarlanması və təkmilləşdirmələr üçün ) və təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
• Məhsulların statusu haqqında məlumatın mütəmadi yenilənməsi
• İncoterms 2000 və 2010 şərtlərini bilməli
• Qısa idxal bəyənnamələrinin gömrük əməkdaşı tərəfindən vaxtında yazılmasını təmin etmək
• Gömrük və beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması
• Beynəlxalq daşımaya aid məlumatlarln daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılması prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi

Tələblər:

• Ali təhsil, 3 ildən çox əmək stajı (müvafiq sahədə);
• Azərbaycan, Rus və İnglis dillərini bilmək;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;
• Ofis proqramlarında işləmə bacarığı olmalı;
• 1 C proqramını bilmək

İş qrafiki:

• 6 günlük iş qrafiki
• Əmək haqqı bilik səviyyəsinə uyğun olaraq, dəyərləndiriləcək
• İş yeri: Bakı şəhəri (rayonlara ezam )

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Logistika üzrə baş mütəxəssis “ qeyd edəsiniz.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.