İngilis dili müəllimi

  • Time Academy
  • Elanın qoyulma tarixi: 11.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddən gözləntilərimiz:

• İngilis dilində səlis danışma bacarığı.
• Tez öyrənmə, detallara diqqət yetirmə kimi bacarıqlar.
• Öyrətmə və öyrənmə həvəsi.
• IELTS 7+, TEFL, TESOL, CELTA kimi sertifikatlar böyük üstünlükdür.
• Oxşar təcrübə böyük üstünlükdür.
• Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq üstünlükdür.

Namizəd işə qəbul olduqdan sonra icra edəcəyi əsas tapşırıqlar:

• Proqrama və tələbələrin ehtiyac və istəklərinə uyğun olaraq onlayn və/və ya ənənəvi formada General English dərsləri tədris etmək.
• Tələbələrlə bağlı olan müəyyən məlumatların sistemə daxil edilməsi.
• Təhsil mərkəzinin digər əməkdaşları ilə birlikdə işləyib, tədris prosesi ilə bağlı məsələləri həll etmək.
• Proqramın təkmilləşdirilməsinə töhfə vermək.

Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:

• Gənc, dinamik komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək.
• Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi.
• Tədris prosesində və təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək.
• Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək.
• Ədalətli idarəetmə mühitində işləmək.
• Komandamızın hazırda üstündə işlədiyi təhsil prosesi sisteminə öz töhfəsini vermə şansı.
• Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.

Maaş: təcrübə və bacarıqlara əsasən müzakirə ediləcək.
Ünvan: Nizami m/st yaxınlığı

İş qrafiki və digər detallar müsahibə zamanı müzakirə edilərək müəyyənləşdiriləcək. (Axşam saatlarında işləyə biləcək namizədlərə üstünlük veriləcək).

Müraciət üçün "CV" və özünüz haqda məlumatı (ingiliscə) bizə göndərə bilərsiniz: [email protected]