Logistika üzrə mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
- Logistika və ya digər uyğun sahədə minimum 2-3 il təcrübə;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək;
- Azərbaycan dili, Rus dili və İngilis dili mükəmməl
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

• Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək.
• Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək.
• Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim edilməsi.
• Gömrük və beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması.
• Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılma prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi.
• Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə mütəxəssis” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi