Baş Mühasib

  • Medical Media
  • Elanın qoyulma tarixi: 29.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
• Bank əməliyyatları (mədaxil və məxaric)
• Kassa əməliyyatları
• Tender üçün sənədlərin hazırlanması
• İnventarizasiya prosesinin həyata keçirilməsi
• Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
• Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
• Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
• Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
• Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

Vəzifəyə tələblər:

• Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə)
• Təcrübə - 3 ildən çox (müvafiq sahədə)
• Vergi və əlaqəli qanunvericiliyi bilmək
• Riyazi məntiq
• Analitik təhliletmə qabiliyyəti
• Detallara diqqət
• Məsuliyyətlilik
• Dəqiqlik
• Etibarlılıq

Müraciət qaydaları:

CV-ni [email protected] ünvanına “Mühasib” başlığı (tema/subject) ilə göndərirsiniz.

Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Son müraciət tarixi 10.10.2021

Əmək haqqı: 1300-1500 AZN-dən başlayır (müsahibə əsasında müəyyən ediləcək)