Layihələr üzrə menecer

  • AZMADE Group
  • Elanın qoyulma tarixi: 21.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ:

• Kənd təsərrüfatı avadanlıqlarının istehsalı layihəsinin qurulması və idarə edilməsi;
• Kənd təsərrüfatı avadanlıqları istehsalı üzrə layihələr planını və iş cədvəlini hazırlamaq;
• Planlaşdırmanı vaxtında başlamaq və iş və xərcləri optimallaşdırmaq;
• Müştərilərlə və bütün maraqlı tərəflərlə faydalı ünsiyyəti təmin etmək;
• Layihələr çərçivəsində satış, marketinq, istehsal, təchizat zənciri proseslərinin koordinasiyalı idarə edilməsi;
• Xərclərə qənaət etməklə layihələri vaxtında və büdcə çərçivəsində tamamlamaq və qəbul etmək;
• Problemləri müəyyənləşdirmək və həll etmək, rəhbərliyə vaxtlı-vaxtında və müntəzəm hesabatlar vermək;
• Layihə üzrə podratçıların seçimi proseslərini idarə etmək və müqavilələrin bağlanmasını yekunlaşdırmaq;
• Layihələrin resurslarından səmərəli istifadə etmək;
• Layihələrdə işlərin gedişatını izləmək və qarşıya çıxan bütün məsələləri həll etmək;
• Rəhbərliyə mütəmadi olaraq hesabatları təqdim etmək;
• Layihələrin sənədləşdirilməsinin qurulması;
• Təlimlərdə, sərgilərdə və forumlarda iştirak etmək və sahə üzrə bilikləri dərinləşdirmək.

TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR:

• Mükəmməl davranış və təqdimat bacarıqları;
• Güclü təşkilatçılıq və ünsiyyət bacarıqlar;
• Güclü layihə idarəetmə bacarıqları;
• Kənd təsərrüfatı avadanlığı barəsində biliklər üstünlükdür;
• Azərbaycan, rus və ingilis dillərini səlis bilmək.

NECƏ MÜRACİƏT ETMƏK:

• Maraqlanan namizədlər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər;
• Elektron məktubun “Mövzu” hissəsində “Layihələr üzrə menecer” vəzifəsi qeyd edilməlidir;
• CV-lər ən gec 30 sentyabr 2021-ci il tarixinədək göndərilməlidir.

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.