Mexanika üzrə Böyük Mühəndis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

- Sənaye soyutma sistemlərinin (soyuducuların) hesabatını aparmaq;
- Soyutma avadanlığı (soyuducu) üçün texniki layihələrin uyğunluğunu yoxlamaq və müəyyən etmək;
- Soyutma (soyuducu) avadanlığının düzgün quraşdırılmasını təşkil etmək və nəzarət etmək;
- Soyutma sistemindəki qəzalara sürətli və düzgün reaksiya verərək onun bərpasını minimum vaxtda təmin etmək;
- Soyutma sistemləri ilə bağlı yenilikləri araşdırmaq və tətbiq etmək;
- Soyuducu sistemlər üzrə risk analizinin hazırlanması;
- Soyuducu sistemləri üzrə şirkətlərin qiymətləndirilməsi;
- Soyuducunun texniki xidmət cədvəllərinin hazırlanması və prosesə nəzarət etmək;
- Soyuducu sistemlərin qüsurlu hissələrini sifariş etmək, tədarük və quraşdırma proseslərini izləmək;
- Soyuducu sistemləri ilə bağlı itkilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
- Sənaye Sobaları haqqında texniki hesabatlar hazırlamaq və təklifləri texniki baxımdan qiymətləndirmək;
- Sənaye Sobaları üçün texniki xidmət cədvəlləri hazırlamaq və onların icrasına nəzarət etmək;
- Sənaye Sobalarının qüsurlu hissələrini sifariş etmək, tədarük və quraşdırma proseslərinə nəzarət etmək;
- Dövlət orqanları ilə sənədləşmə proseslərinə nəzarəti (Azərsu, Su kanalı xidmətləri və s.) və tələblərin yerinə yetirilməsini təmin etmək;
- Dövlət orqanlarına sahə səfərlərinin təşkili və tətbiq olunan layihələrin dövlət orqanlarına təqdim edilməsi (Fövqəladə Hallar Nazirliyi, Azərsu və s.);
- Risk qiymətləndirmə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dizaynları, hesablamaları, eskizləri, diaqramları, sxematik rəsmləri və iş təsvirlərini tərtib etmək, detallar hazırlamaq və spesifikasiyalara düzəliş etmək;
- İş prosesini izləmək və mexanika mühəndislərinə və dizaynerlərə nəzarət etmək;
- Sahədə avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması zamanı səhə dəstəyinin göstərilməsi;
- Standartlara uyğun konseptual, inkişaf və təfsilatlı iş layihəsinin hazırlanması;
- Avadanlıqların performansının yoxlanılması prosesində iştirak etmək;
- Hidroenergetika qurğularının vəziyyətinin qiymətləndirilməsi;
- SolidWorks Simulation vasitəsilə inkişafda olan yeni məhsulların struktur, davamlılıq, vibrasiya, istilik və axın performansını proqnozlaşdırmaq üçün simulyasiya modelləri qurmaq;
- MEP Meneceri və ya Layihə Menecerinin göstərişi ilə layihə tapşırıqları və ya dəstək işləri üzərində işləmək;
- Təlimlər vasitəsi ilə peşəkar inkişafını davam etdirmək, iş fəaliyyəti haqqında rəy almaq və təkmilləşdirmə istiqamətində konstruktiv tənqiddən istifadə etmək;
- Komponent performans testləri və məhsul üzrə sınaq testləri hazırlamaq və həyata keçirmək;
- Toplanan məlumatlara əsaslanaraq tövsiyələr və həllər hazırlayıb tətbiq etmək;
- Sistemin funksional və dəqiq tələblərini müəyyənləşdirmək;
- Texniki təhlillər aparmaq;
- Dizaynın tətbiq olunan kodlara və standartlara uyğunluğunu yoxlamaq;
- Avadanlıqların istehsalına, quraşdırılmasına və istismara verilməsinə texniki nəzarətin təmin edilməsi;
- Mühəndislik işləri üzrə təlimatları, keyfiyyətə nəzarət / keyfiyyətli təmir qaydalarını və test sənədlərini hazırlamaq;
- Orta çətinlikdə olan problemlərləı üzləşdikdə birbaşa nəzarət və kömək olmadan texniki mühəndislik problemlərinin həllini hazırlamaq və tətbiq etmək;
- Texniki məsələlərlə bağlı məlumatları çatdırmaq və sorğuları cavablandırmaq;
- Bəzən komanda rəhbəri kimi xərclərin azaldılması istiqamətində planlar hazırlamaq və həyata keçirmək üçün əməliyyat qrupu ilə işləmək.

Namizədə dair tələblər:

- Mexanika Mühəndisliyi üzrə bakalavr və ya daha yüksək təhsil dətəcəsi;
- Sahə üzrə 5-10 il təcrübə;
- Sənaye soyutma sistemləri üzrə ən az 5 il təcrübə;
- Qeyri-texniki sahədə çalışan həmkarlarına və rəhbərliyə mürəkkəb problemləri çatdırmaq bacarığı;
- Güclü şəxslərarası və komanda qurma bacarıqları;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Sənaye soyutma sistemlərinə dair sertifikat.

Maraqlanan namizədlər [email protected] email ünvanına "Mexanika üzrə Böyük Mühəndis" başlığı ilə müraciət edə bilər.