Satış Meneceri
Şirkət haqqında məlumat:
LEİSTER İsveçrə markası olub, 60 ildən çoxdur ki plastik qaynaq apratlarının istehsalı ilə məşğuldur və bazarda bir nömrəli markadır. Biz isə 5 ildən çoxdur ki, Azərbaycanda Leister firmasının rəsmi nümayəndəsiyik
İsveçrənin plastik qaynaq aparatları istehsal edən Leister firmasının məhsullarını Azərbaycanda "LEISTER Azerbaijan" olaraq təqdim edirik.
Bu qaynaq aparatları reklam, banner, vinil, çap işlərində, dam, təməl, bünövrə, teras, balkon izolyasiyasında, içməli su depoları, hovuz, süni göl yapımında geniş istifadə olunur.
Namizədə olan tələblər:
- Ali təhsil (Mühəndislik, texniki təhsil)
- Tikinti məhsulları haqqında bilgi və satış sektorunda 3 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə rus və ingilis dilləri arzuolunandır;
- Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq, rüblük, illik) hesabatların aparılması
- İdarəetmə qabiliyyəti
- İşi planlamaq bacarığı
- Nəticə yönümlülük
- Əlaqə qurmaq bacarığı
- Aktiv dinləmə bacarığı
- Müştərinin etibarını qazanmaq qabiliyyəti
- Danışıqların idarə etmə qabiliyyəti
Vəzifə və öhdəliklər:
- Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması, B2B görüşlərin keçirilməsi;
- Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
- Müştərilərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
- Gələcək iş birliyi aparılacaq şirkətlərlə bağlı proqnoz və planların hazırlanması
- Marketinq tədbirlərində iştirak edilməsi
Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş
- Kreativ iş şəraiti
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı 400-500 AZN + yüksək bonuslar
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.