Qrafik dizayner

İşin təsviri

Əmək funksiyaları:

1. Mərkəzə aid olan layihələrin icrası zamanı lazımi qrafik eskizləri tərtib etmək və rəhbərliklə müzakirə etdikdən sonra müvafiq dəyişiklikləri tətbiq etmək.
2. Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq Mərkəzin ümumi dizayn materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq.
3. Marketinq fəaliyyətinin brendinqə dair əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək.
4. Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi təmin etmək.
5. Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq.
6. Aparılan işlər üzrə şöbə və sektor müdirlərinə və marketinq məsələləri üzrə mütəxəssisə təqdim olunması üçün hesabatlar hazırlamaq.
7. Mərkəzin turizm məhsullarının şəkilləri, loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.
8. İdarə Heyəti sədrinin və şöbə müdirinin göstərişi ilə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.

Bilməlidir:

1. Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə İdarə Heyətinin sədri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və qurumdaxili mövcud qaydaların icrasını təmin etmək.
2. Mərkəzə dair bilgilərin məxfiliyini qorumaq.
3. Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq və işlərin yüksək keyfiyyətlə icrasında məsuliyyət daşımaq.
4. Əmək qanunvericiliyi ilə tələb olunan əlavə funksiyaları yerinə yetirmək.

Vəzifə tələbləri:

- Ali təhsil.
- İş təcrübəsi: 3 ildən az olmayaraq.
- Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və s. (yüksək səviyyədə).
- Adobe PhotoShop, Adobе-İllustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı (yüksək səviyyədə).
- Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

CVlər “Qrafik dizayner” başlığı ilə [email protected] ünvanına göndərilsin. Yalnız birinci mərhələdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.