YÖS/ALES (Riyaziyyat) müəllimi

  • StudyLab
  • Elanın qoyulma tarixi: 16.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Tədris proqramının və qruplar üzrə dərslərin planlaşdırılması
• Bölmələr üzrə formativ qiymətləndirmə və ümumi sınaq imtahanları təşkil edərək tələbələrin öyrənmə və inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
• Tələbələrin inkişafının qarşısını alan problemlərin araşdırılması və zəruri tədbirlərin görülməsi. Ehtiyac olduğu halda administrativ heyətə bu barədə məlumat verilməsi
• Tələbələrin daha yüksək nəticə göstərməsi üçün ehtiyaclara uyğun olaraq dərslərdə müasir texnologiya, interaktiv metodologiyaların tətbiqi

Namizədə tələblər:

• Müvafiq sahə üzrə ali təhsil
• YÖS və ya ALES dərslərinin tədrisi sahəsində təcrübə
• Proqram üzrə tədris bacarığı
• Yüksək səviyyədə riyazi biliklər
• Proqramın tədrisi üzrə pedaqoji sertifikatların olması üstünlükdür

Tələb olunan bilik və bacarıqlar:

• Yüksək pedaqoji bacarıqlar
• Həm üzbəüz, həm də onlayn qaydada dərsləri aparmaq
• Komandada işləmək bacarığı
• Gülərüz və pozitiv olmaq
• İşə ciddi və məsuliyyətli yanaşmaq

Şərtlər:

• Şəhərin mərkəzində yerləşən rahat ofis.
• İş qrafiki fərdi qaydada müəyyən edilir.
• İş şərtləri fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “YÖS/ALES (Riyaziyyat) müəllimi” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 17 oktyabr 2021