Məlumat bazası inzibatçısı - Aparıcı mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 14.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək
• Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək
• Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək
• Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq
• Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
• Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək
• Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək

Texniki tələblər:

• Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 3 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
• Kompüter bilikləri: MSSQL, PostgreSQL, MySQL məlumat bazaları üzrə dərin biliklər
• Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər
• Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır

Bacarıqlar:

• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
• Komanda şəklində işləmə bacarığı
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Məlumat bazası inzibatçısı - Aparıcı mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi