Bölgə Müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Mağazalar zəncirinin idarə edilməsi
- İş prosesinin təkmilləşdirilməsi üçün rəhbəlik qarşısında təkliflərlə çıxış etmək
- İşin təşkili və problemlərin aradan qaldırılması üzrə mağaza rəhbərləri ilə işin aparılması
- Mağaza rəhbərindən mütəmadi olaraq müvafiq hesabatların alınması, bütün sistem üzrə qruplaşdırılması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi
- Mağazaların satışının artırılması məqsədi ilə market rəhbərlərinin istiqamətləndirilməsi, təkliflərinin analiz edilməsi, qərarın verilməsi üçün rəhbərlik qarşısında təqdimatın edilməsi
- Mərkəz ofisin qərarlarının mağazalarda tətbiqini təmin etmək, bu işi nəzarətdə saxlamaq
- Sifarişlərin sezon və sair əlaqədar faktorlardan aslı olaraq və vaxtında verilməsinə nəzarət etmək
- Verilmiş tapşırıqların və qoyulmuş qaydaların icrasını yoxlamaq məqsədi ilə ərazilərin gündəlik ziyarət olunması
- Mağaza işçi heyətinin xidmətin fəaliyyətinin təşkilində və qiymətləndirilməsində bilavasitə iştirak etmək, bölgə üzrə işçilərin aylıq qrafiklərini izləmək və təsdiqləmək
- İş rejimi: 6 günlük, 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Vakansiya ilə bağlı digər məlumatlar iş görüşməsində etraflı şəkildə veriləcək

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Bölgə Müdiri " yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.