Layihəçi-mühəndis (Özbəkistan, Nukus)

İşin təsviri

Vəzifə funksiyaları:

• Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
• Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
• Konstruktiv layihələrin yoxlanılması, layihədəki səhvlərin düzəldilməsi;
• Qurğulara texniki baxışın həyata keçirilməsi, texniki baxış aktının və qüsur aktının hazırlanması;
• İnfrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
• Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;

Tələblər:

• Yol tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
• İnşaat sahəsində Ali Təhsil;
• Rus və İngilis dili biliyi;
• AutoCad, SketchUp, Tekla, SAP2000 və digər hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək və cizgilərin hazırlanması bacarığı;
• Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Layihəçi-mühəndis" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi