Büdcələmə üzrə aparıcı mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 01.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
• Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
• Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq, kənarlaşmalar yarandıqda kənarlaşmanın səbəbini araşdırmaq, nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
• Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffекtivliyinin yахşılаşdırılmаsı yоllаrını аrаmаq;
• Tətbiq olunmuş xərc standartları, limitlərinin yoxlanılması və nəzarət olunması.

Tələblər:

• Maliyyə, Mühasibat uçotu Audit və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil;
• Müvafiq sahə üzrə (Maliyyə analitiki, Hesabat və büdcələmə) minimum 3 il iş təcrübəsi;
• Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, məsuliyyət;
• Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı;
• ACCA üzrə sertifikatların olması arzuolunandır.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı: 900-1300 azn aralığı.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Büdcələmə üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.09.2021

İşəgötürənin reytinqi