Əsas Vəsaitlər və İnventar üzrə Mühasib

  • AZEA Group
  • Elanın qoyulma tarixi: 26.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

• İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes üzrə ali təhsil (bakalavr dərəcəsi);
• Maliyyə/mühasibatlıq sahəsi üzrə sertifikatlar (İFRS və digərləri);
• Əsas vəsaitlər və inventar üzrə mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi;
• Azərbaycan vətəndaşı olmalı;
• Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını (xüsusən Excel), 1C Mühasibatlıq 8.3 versiyasında yüksək səviyyədə iş təcrübəsinə malik olmal. Logo Tiger 3 Enterprise proqramı namizəd üçün üstünlükdür;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarını bilməli;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Təşəbbüskar və qərar qəbul etmək bacarığına, prosesləri idarə etmək qabiliyyətinə malik olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Əsas vəzifə və öhdəliklər:

• Əsas vəsaitlər üzrə siyasət və prosedurların hazırlanması və tətbiqi;
• Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, habelə onların hərəkətinin uçot sistemində izlənilməsi, yerdəyişmələri, sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemdə işlənilməsinə dair nəzarət;
• Bütün məhsulların maya dəyəri, satış qiymətləri və anbarda saxlanma xərclərinin nəzərə alınmasını təmin etməklə düzgün qeydə almaq;
• Əsas vəsaitlər hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi;
• Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət etmək;
• Aylıq/rüblük fiziki inventarizasiyanı keçirmək və fərqləri qeydə almaq və bunun əsasında hesabatlar hazırlamaq;
• Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi;
• Mal-materialların və əsas vəsaitlərin anbardan istehsalata yönləndirilməsinə nəzarət etmək və hesabat vermək;
• Səmərəli mühasibatlıq və əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı üsullarının tətbiq olunmasının təmin edilməsi;
• Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi;
• Daxili təsərüfat məqsədli və şirkətə məxsus əsas vəsaitlərin təmirinə sərf edilən materialların aktını tələb etmək və nəzarətdə saxlamaq;
• Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün anbar əməkdaşlarını maarifləndirmək;
• Ayın sonu bağlanışları icra etmək.
• Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotu;
• Digər inventarların uçotu, sayımların təşkili. Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Birbaşa rəhbərinin digər aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.

Peşəkar və şəxsi keyfiyyətlər:

• Ciddi, səbirli, komandada işləməyi bacarmalı, intizamlı olmalı;
• Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, olmalı;
• Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
• Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
• İşi planlamaq, maneələrin öhdəsindən gəlmək üçün səy göstərmək bacarıqlarına malik olmalı;
• Stressə davamlı olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Əmək haqqı: 800 AZN – 1000 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);
• Korporativ mobil nömrə və danışıq vaxtı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV [email protected] e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Əsas Vəsaitlər və İnventar üzrə Mühasib) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yuxarıda qeyd olunan e-mail ünvanına yalnız şəkilli CV-lərinizi göndərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.