İnşaat işləri üzrə layihə meneceri

  • AZEA Group
  • Elanın qoyulma tarixi: 24.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Uğurlu namizəd hansı vəzifələri icra edəcək:

• Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin inşaası və təmirinin layihələndirilməsi;
• Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
• İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
• Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
• Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
• Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
• Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
• Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
• Layihədəki büdcə risklərini təhlil etmək;
• Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq və baş direktora təsdiq üçün təqdim etmək;
• Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
• Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
• Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
• İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
• Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
• Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.

Biz kimi axtarırıq:

• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Layihələrin idarə olunması üzrə sertifikatlar;
• İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 illik iş təcrübəsinə malik olmalı;
• Azərbaycan vətəndaşı olmalı;
• Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür.
• İT biliklər: MS ofice (Project, Outlook, Word, Excell), proqramlarında işləmə bacarığı. Digər proqramlar namizəd üçün üstünlükdür: 3Dmax, AutoCAD, PrimaVera, Smeta;
• Yaş: 30-55.

Bilməlidir:

• Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
• Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
• Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
• İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
• Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
• tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
• Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
• Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
• Dəmir beton layihələndirmə və detalları mükəmməl bilməli.

Peşəkar və şəxsi keyfiyyətlər:

• Ciddi, səbirli, korporativ görünüşlü və komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşmalı;
• Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, aktiv, əlaqə qurmaq və inandırma qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
• Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
• Analitik düşüncə, problemləri həll etmək və maneələri dəf etmək bacarığına malik olmalı;
• İşi planlamaq bacarığına malik olmalı;
• Aktiv dinləmə və fikrini izah etmək qabliyyətinə malik olmalı;
• Təşəbbüskar qərar qəbul etmə bacarığı və stressə davamlı olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Əmək haqqı: 1000 – 1200 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);
• Korporativ mobil nömrə və danışıq vaxtı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV (yalnız foto ilə) və TƏHVİL VERDİYİNİZ LAYİHƏLƏRİN SİYAHISINI [email protected] e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnşaat İşləri üzrə Layihə Meneceri) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.