Vəzifələr:
1. Komandanı idarə etmək, satış, gəlir və xərc nəzarətini əhatə edən iş planı hazırlamaq, razılaşdırılmış hədəflərə çatmaqdan məsuldur
2. İllik planın qurulmasında kömək göstərmək, xüsusən: hər bir məhsul və ərazi üçün real proqnozlar (tarixi məlumatlar, bazar tendensiyaları, rəqabətçi fəaliyyət, reklam strategiyası və satış səyləri əsasında), satış qüvvəsinin istismarının real xərclərinin hesablanması və satış artımı üçün proqram planlaşdırılmasından məsuldur
3. Satış komandasının hər bir üzvü üçün məsuliyyətləri və performans standartlarını təsvir edən, ərazi satışları və komissiya hədəflərini təyin edən, və komissiya planını idarə edən xüsusi bir qiymətləndirmə sistemini planlaşdırmaq və tətbiq etməkdən məsuldur
4. Tibbi nümayəndələrin konkret hədəflərə çatması üçün planlaşdırma, istiqamətləndirmə, təşkili və nəzarətindən məsuldur
5. Tibb nümayəndələrinin fəaliyyətini müntəzəm olaraq şəxsən daima izləməkdəm məsuldur
Namizədə tələblər:
1. Yaş: 27-45
2. Qeyd olunan vəzifə üzrə əczaçılıq biznesi sahəsində minimum 3 il iş təcrübəsinin olması
3. Mükəmməl mentorluq, məşqçilik və insanlara rəhbərlik bacarığının olması
4. Detallara diqqətcil, planlaşdırma və təşkilatçılıq bacarığına malik, yüksək enerjili, məqsədyönlü olması
5. Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini orta səviyyədə bilməsi (həm danışıq, həm də yazılı)
6. MS Word, Excel, PowerPoint proqramlarının yaxşı səviyyədə bilməsi
7. Təhsil: Bakalavr səviyyəsinə malik olması. Satış, MBA olması üstünlükdür
Şərtlər:
1. Əmək haqqı: 1200 – 1500 AZN
2. MBO/KPI bağlı bonus sistemi
3. Korporativ avtomobil
4. Korporativ mobil telefon
Maraqlanan namizədlər CV-lərini [email protected] e-poçt ünvanına göndərməlidir.