Mühəndis-mexanik

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd :

- Analoji sahədə ali təhsilli;
- İstehsalat sahəsində 1/3 illik iş təcrübəsi olan;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, ümumi vəziyyətə texniki nəzarəti təşkil etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək və s.

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-mexanik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.