Hüquqşünas

  • Azericard
  • Elanın qoyulma tarixi: 16.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil (hüquq sahəsi üzrə);
- Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Yüksək icraçılıq bacarığı;
- Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır.

Vəzifələr:

- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
- İclaslar üzrə Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Daxil olan sorğuların cavablandırılması;
- Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Hüquqşünas” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi