Tələblər:
• Ali təhsil (maliyyə istiqamətində);
• Bank sahəsində mühasib/aparıcı mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
Əsas vəzifələr:
• Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
İş şəraiti:
• Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
• Əmək haqqı: 1000 azn;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş mühasib - BOKT” qeyd edərək CV ilə [email protected] ünvanına müraciət edə bilərlər.