Gənclər Evinə Tərbiyəçi

İşin təsviri

 

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Azərbaycan hökuməti və “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Assosiasiyanın məqsədi valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmək təhlükəsi ilə üzləşən uşaqlar və onların ailələrini qayğı və dəstəklə təmin etməkdir. Hazırda Bakı və Gəncədə SOS Uşaq Kəndləri, Qısa Müddətli Qayğı Layihəsi həmçinin bir neçə sosial layihə, o cümlədən, Bakı və Gəncə Ailələrə Dəstək Layihələri, “Şən avtobus” və s.layihələr uğurla fəaliyyət göstərir. SOS Uşaq Kəndində ailə mühiti içərisində tərbiyə olunan uşaqlarımız 14-15 yaşa çatana qədər Bakıda və Gəncədə yerləşən SOS Uşaq kəndlərində SOS Anaların qayğısı altında, ailə mühitində böyüyürlər.Daha sonra onlar Bakının müxtəlif ərazilərində yerləşən Gənclər evlərinə köçürülür.Gənclər evində tərbiyəçilər onlara qayğı göstərir. Layihələrimiz haqda əlavə məlumat almaq üçün saytımıza daxil ola bilərsiniz: www.sosushaqkendleri.az

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası
Bakıda yerləşən oğlanlar üçün Gənclər Evinə Tərbiyəçi vəzifəsinə elan verir:

İşin təsviri

Gənclər Evinin (GE)tərbiyəçisi qayğısında olan gənclərin fərdi inkişafının dəstəklənməsi, müstəqil həyata hazırlanması və cəmiyyətdə öz yerini tapması üçün cavabdehdir. O, SOS uşağa-qayğı modeli çərçivəsində qayğısında olan gənclərə təhsil və peşə secimi üzrə məsləhətlər verir, onlar üçün təlim və görüşlər təşkil edir, onlara praktik həyat və sosial qabiliyyətlərin inkişafında dəstək göstərir. GE tərbiyəçisi bioloji valideynlər, təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq edir. O, qayğısında olan gənclərin fərdi büdcəsinin xərclənməsinə və onlar tərəfindən ev təsərrüfatının idarə edilməsinə görə birbaşa cavabdehdir. 

Mütləq meyarlar

• Yaş həddi – 25 yaşdan yuxarı
• Təhsil-ali (Pedaqogika,psixologiya,sosiologiya və ya sosial iş)
•  İş təcrübəsi –Pedaqoji,uşaq və gənclərlə iş sahəsində ən azı 3 il iş təcrübəsi
• Şəxsi keyfiyyətlər-Ünsiyyətcil,komanda ilə çalışmaq bacarığı
• yaradıcı,təşəbbüskar
• sosial və təşkilati bacarıqlar
• uşaq hüquqları və onların müdafiəsi haqda məlumatlı
• ölkədəki uşaq hüquqları və sosial sistem haqda məlumatlı
• komputer bilikləri
• Azərbaycan və rus dili

Arzu olunan meyarlar

• Peşəkar
• praktik həyat bacarıqları
• dözümlü,çevik və səbirli
• konflikt,stres və böhranın idarə olunması bacarığı
• şəxsi inkişaf istəyi
• ingilis dili
• maliyyə hesabatları

Əsas vəzifə və öhdəliyi

• Yarımmüstəqil həyat proqramı daxil olmaqla  Gəncin Qayğıya Cavabdeh Şəxsi olmaq
• Gənclərin Uşaq Kəndindən Gənclər Evinə hazırlanması və keçıdi prosesində fəal iştirak etmək
• Gayğısında olan hər bir gənc üçün sağlam və mühafizə olunmuş həyat yaratmaq
• Gayğısında olan hər bir gəncə praktik həyat və sosial qabiliyyətlərinin inkişafında dəstək göstərmək
• Fərdi və qrup şəklində gənclərlə məsləhət xarakterli mütəmadi görüşlər keçirmək
• Qayğısında olan hər bir gəncə öz həyatına görə məsuliyyəti üzərinə götürməkdə dəstək olmaq
• Qayğısında olan hər bir gəncin təhsil və peşə seçimində düzgün istiqamətləndirilməsinə əmin olmaq
• Qayğısında olan gənclərin təhsil aldıqları təhsil müəssisələri və iş yerləri ilə əməkdaşlıq münasıbətləri yaratmaq
• Qayğısında olan gənclərə müstəqil olaraq iş axtarmağı öyrətmək
• Daimi olaraq iş bazarını öyrənmək, yerli şirkətlərlə münasibətlər yaratmaq və vakant iş yerləri haqda gayğısında olan gəncləri məlumatlandırmaq
• Qayğısında olan gəncləri maliyyədən düzgün istifadə sahəsində maarifləndirmək və fərdi büdcəsinin xərclənməsində kömək və nəzarət etmək 
• Qayğısında olan gənclərin gündəlik həyatının təşkil edilməsini təmin etmək
• Qayğısında olan gəncləri ev təsərrüfatının düzgün idarə olunmasına istiqamətləndirmək 
• Gayğısında olan gənclərin asudə vaxtlarının təşkil edilməsini təmin etmək
• Gayğısında olan gənclərin kiçik biznesə  başlamasında məsləhətlər vermək
• Yarımmüstəqil həyat proqramında yaşayan və gayğısında olan gənclərə lazımi dəstək göstərmək və onlarla təşkilat arasında olan emosional bağlılığın qorunub saxlanılmasına əmin olmaq
•  Qayğısında olan hər bir gəncin Fərdi İnkişaf Planlaşdırması prosesini həyata keçirmək
           
         

İş Şərtləri:

• Əmək haqqı – AZN
• İş yeri – Bakı şəhəri
      İş günləri – növbəli(gecə saatları daxil olmaqla)

Əgər özünüzdə bu keyfiyyətləri görürsünüzsə xahiş olunur, CV-lərinizi  aşağıdakı e-mail ünvanına göndərəsiniz


[email protected]

CV-lərin son göndərilmə tarixi           25 avqust 2012-ci il


Elektron məktubunuzda “SUBJECT” qrafasında “GE Tərbiyəçi ” yazmağınız xahiş olunur.

                                Tələsin, Yeniyetmələr Tərbiyəçi gözləyirlər

Ətraflı məlumat almaq üçün həftənin iş günləri (1-5) saat 14.00-17.00-a qədər zəng edə bilərsiniz.
Telefonlar: (012) 489 02 96-97
                

“SOS Kinderdorf” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası işə götürdüyü şəxslərə geniş inkişaf imkanları yaradır.