Büdcələmə üzrə aparıcı mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 09.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
• Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
• Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq, kənarlaşmalar yarandıqda kənarlaşmanın səbəbini araşdırmaq, nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
• Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffекtivliyinin yахşılаşdırılmаsı yоllаrını аrаmаq;
• Tətbiq olunmuş xərc standartları, limitlərinin yoxlanılması və nəzarət olunması.

Tələblər:

• Maliyyə, Mühasibat uçotu Audit və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil;
• Müvafiq sahə üzrə (Maliyyə analitiki, Hesabat və büdcələmə) minimum 3 il iş təcrübəsi;
• Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, məsuliyyət;
• Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı;
• ACCA üzrə sertifikatların olması arzu olunandır.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Büdcələmə üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 31.08.2021

İşəgötürənin reytinqi