Mebel quraşdırılması üzrə köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri

- Rəf və mebelləri quraşdırmaq, sökmək və təmir etmək.
- Dəqiq ölçülər götürmək.
- Məhsulların keyfiyyətinin yoxlanılmasına kömək etmək.
- Yük maşınını yükləmək və boşaltmaq.
- İş sahəsini hazırlamaq və təmizləmək.
- İş sahəsini təhlükəsiz və təmiz saxlamaq.
- Bütün təhlükəsizlik qaydalarına daim əməl olunduğuna əmin olmaq.

Vəzifə üzrə Tələblər

- Mebel və rəflərin quraşdırılması üzrə iş təcrübəsi.
- Əl alətləri, simsiz elektrik alətləri, material və bərkidicilərlə işləmək üçün mexaniki montaj alətləri ilə işləmə bacarığı.
- Müəyyən edilmiş qrafika əsasən həftə içi, gecə və həftə sonları işləmək imkanı.

Qeyd Maraqlanan namizədlər [email protected] email ünvanına "Mebel quraşdırılması üzrə köməkçi" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.