Baş sistem inzibatçısı

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 02.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Departamentin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra edir;
- Şirkətin Avtomatlaşdırılmış Sistemlərinin (Micros, Symphony, Opera, Fidelio, TNG, 1C, KarMed) və Şirkətdə məsul olduğu digər informasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətini təmin edir;
- Şirkətdə məsul olduğu əməliyyat sistemlərinin (Linux və Windows tipli), məlumat bazalarının idarəetmə sistemlərinin, anti-virus və antispam proqram təminatlarının, elektron poçt və digər funksional informasiya sistemlərinin istehsalçıları tərəfindən tövsiyə və təqdim olunan “patch” və “update”-lər daxil olmaqla yeni versiyalarının tətbiqində iştirak edir;
- Şirkətin informasiya sistemlərinin, məlumat bazalarının və server avadanlıqlarının daim işlək vəziyyətdə saxlanılmasını təmin edir, onlara müvafiq texniki və dəstək xidmətlərinin göstərilməsini həyata keçirir;
- Şirkətdə İT infrastrukturunun informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tələb olunan işləri və sazlamaları həyata keçirir;
- Şirkətdə yeni informasiya sistemlərini (tətbiqi proqram təminatları, məlumat bazalarını idarəetmə sistemlərini, əməliyyat sistemlərini və.s) və müvafiq server avadanlıqlarını quraşdırır, sazlayır və test rejimində sınaqdan keçirdikdən sonra istifadəyə verilməsini təmin edir;
- İnformasiya sistemləri arasında tələb olunan əlaqə interfeyslərinin sazlanmasını təmin edir;
- İnformasiya sistemlərinin və avdanlıqlarının sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür;
- İnformasiya sistemlərinin arxiv işlərini həyata keçirir, şirkətin daxili prosedurlarına uyğun olaraq informasiya sitemlərinin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təmin edir;
- İT menecerin göstərişləri əsasında məlumat bazalarının və əməliyyat sistemlərinin inzibatçılıq funksiyalarını yerinə yetirir və onlara texniki dəstək göstərir;
- Şirkətdə istifadə olunan proqram məhsullarına, serverlərə, məlumat bazalarına və kompüterlərə (ayrı-ayrılıqda və şəbəkədaxili) kompüter viruslarının daxil olmaması üçün müvafiq anti-virus sistemlərinin quraşdırılması, sazlanmasını və daim yenilənməsini həyata keçirir;
- İnformasiya sistemlərinin normativ-metodoloji bazasının təkmilləşdirilməsində iştirak edir;
- Məsul olduğu informasiya sistemlərində və ya avadanlıqlarında baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılmasını təmin edir;
- Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
- Məsul olduğu informasiya sistemlərinin fəaliyyəti ilə bağlı müntəzəm olaraq İT menecerinə hesabatlar təqdim edir;
- Şirkətin Əsas və Ehtiyat mərkəzlərindəki server otaqlarının və server otaqlarındakı iş şəratinin müvafiq standartların tələblərinə cavab verən şəkildə qurulmasını və daim səliqəli saxlanılmasını təmin edir;
- İT üzrə qrup menecerinin göstəriş və tapşırıqlarını yerinə yetirir;
- Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;

Namizədə tələblər:

- Ali təhsil;
- Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;
- HP, İBM, Cisco kimi istehsalçıların “Server və Storage” avadanlıqları ilə işləmək bacarığı;
- Linux və Windows əməliyyat sistemlərində sərbəst işləmək bacarığı;
- Virtualizasiya sistemləri “VmWare ESXi” ilə sərbəst işləmək bacarığı;
- Oracle və MS SQL məlumat bazalarının idarəetmə sistemləri ilə işləmək bacarığı;
- İnformasiya sistemlərinin və şəbəkə konfiqurasiyalarının quruluşu və arxitekturası haqqında geniş biliklərin olması;
- Microsoft Exchange server üzrə geniş biliklərin olması;
- Məxfilik qaydalarına riayət etmək;
- İnsanlarla ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Qrupun işlərini icra etmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta (ailə paketi);
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 avqust 2021-ci il