Namizədə dair əsas tələblər:
• Ali təhsil və ya magistr dərəcəsi (Mühəndislik, İqtisadiyyat, Biznes İdarəetmə)
• Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Təfərrüatlara, analitik düşünməyə və problem həll etmə bacarıqlarına diqqət etməli, məlumatları analiz etmə qabiliyyəti və iş prosesinə əks etdirə bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
Əsas vəzifə və öhdəliklər:
• Məsuliyyət daşıdığı kateqoriyaların satış hədəfləri və KPI-larından cavabdeh olacaq və bütün kampaniyaların və strategiyaların planlaşdırılması və istismarını əlaqələndirəcəkdir;
• Yeni məhsul kateqoriyaları üçün sifariş və alış prosesləri həyata keçirmək;
• İş nəticələrinə görə lazımi tədbirləri tez bir zamanda həyata keçirəcəkdir;
• Büdcə, kolleksiya və marka seçimi, qiymət, kampaniya, endirim, məhsul izləmə və məhsul qruplarının idarəetmə proseslərini idarə etmək;
• Strukturlarla koordinasiyalı şəkildə ehtiyacları təhlil etmək və lazımi ehtiyacları müəyyənləşdirmək;
• Təyin olunmuş məhsul kateqoriyasında müvəffəq olmaq üçün qısa, orta və uzunmüddətli plan və strategiyaları yaratmaq;
• Bazarda uğurlu olmayan məhsullar üçün çıxış strategiyaları müəyyən etmək;
• Trendləri və istehlakçıların ehtiyaclarını anlamaq üçün xüsusi məhsullar haqqında məlumatları təhlil etmək;
• Satışları artıracaq qiymət modellərini və promosyon fəaliyyətlərini müəyyənləşdirmək üçün müvafiq qruplarla əməkdaşlıq etmək;
• Hədəf satış büdcəsinin reallaşmasında və xərclərin idarə olunmasında rol almaq;
• Məhsulların satış həcmini yaxşılaşdırmaq üçün satış qrupuna dəstək vermək;
• Gəlir hədəflərinə çatmaq üçün kateqoriya planlarının hazırlanması və icrası;
• Satışların daha da artırılması üçün inventar səviyyələrinin idarə edilməsi;
• Mənfəət marjını artırmaq üçün strategiyaların hazırlanması və dəyişikliklərin edilməsi;
• Daha yaxşı qiymət və xidmət keyfiyyətinə nail olmaq üçün satış komandasında inam ruhunu inkişaf etdirmək;
• Qiymət dəyişiklikləri ilə satıcılarla görüşərək müvafiq strukturları xəbərdar etmək;
• Müştəri ehtiyaclarını təhlil etmək və satışları artırmaq üçün məhsul promosyonlarının hazırlanması;
• Müştərinin məhsul keyfiyyəti şikayətlərini idarə etmək, təchizatçı işbirliyi ilə keyfiyyət standartlarını yüksəltmək;
• Sektor trendləri və bazar rəqabəti ilə bağlı araşdırmalar aparmaq;
• Şirkət məhsullarını tanıtmaq üçün sektoral tədbirlərdə iştirak etmək;
İş şəraiti:
• Həftə ərzində 6 günlük iş qrafiki
• İş saatı: 09:00-18:00
• Əmək haqqı 1200 manat
• Cinsi - kişi
• Yaş həddi : 23-40
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Kateqoriya mütəxəssisi” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.