Mühasib

  • Art Factory
  • Elanın qoyulma tarixi: 29.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Müvafiq sahədə Ali Təhsil
• İş təcrübəsi: 1-3 il
• Kompüter bilikləri: MS Office/MS Excel/1C proqramları
• Mühasibat uçotunun standartları üzrə biliklər
• Vergi Məcəlləsi və Əmək Qanunvericiliyi üzrə biliklər

Əsas vəzifə və öhdəliklər:

• Gündəlik bank və kassa əməliyyatlarının qeydiyyatının aparılması
• Maliyyə əməliyyatlarının 1C mühasibat proqramında əks olunması
• Əmək haqqlarının, məzuniyyət və xəstəlik vərəqələri üzrə ödənişlərin hesablanması / DSMF hesabatlarının hazırlanması
• Həftəlik və Aylıq Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Mövcud vergi öhdəliyinə uyğun Vergi bəyənnamələrinin, ƏDV, ÖMV hesabatlarının və digər rəsmi hesabatların hazırlanması və verilməsi

Digər məlumatlar:

• İş qrafiki: 5 günlük
• Iş saatları: 09:00-18:00
• Əmək haqqı: 600-800 AZN
• Sənədləşmə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun

Əmək Haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına “Mühasib ” başlığı altında göndərmələri xahiş olunur.