Xaricdə təhsil üzrə məsləhətçi

  • StudyLab
  • Elanın qoyulma tarixi: 25.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizə kim lazımdır?

• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
• Şərqi və Mərkəzi Avropa (Polşa, Çexiya, Macarıstan, Slovakiya, Latviya, Litva və Estoniya) ölkələrinin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
• İngilis dilini yüksək səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Tapşırıqlar

• Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
• Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq;
• Xarici ali təhsil müəssisələri və dil məktəbləri ilə ingilis dilində yazışmalar və danışıqlar aparmaq;
• Xaricdə təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq;
• Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq;
• Xaricdə təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək;
• Digər əlaqəli vəzifələri yerinə yetirmək;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər

• İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected]  elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – XARİCDƏ TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 26 avqust 2021