Köməkçi müəllim (rus bölməsi)

İşin təsviri

Tələblər:

• İbtidai sinif müəllimliyi və ya əlaqəli pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
• Rus dili bacarığı
• Müasir Təlim Texnalogiyalarından və Proqramlardan istifadə bacarıqları

Öhdəliklər:

• Milli kurikulum üzrə şagirdlərin təlim-tədris və tərbiyəsi ilə məşğul olmaq
• Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
• Sinif rəhbərinə dərs və dərsdən kənar fəaliyyətlərdə sinfin idarə olunmasında yaxından kömək etmək
• Şagirdlərin sosial, emosional, fərdi və pedaqoji inkişafına təkan vermək
• Məktəbin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi

Namizəddə axtarılan xüsusiyyətlər:

• 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
• Milli kurikulum üzrə məlumatlılıq
• İbtidai pillə üzrə müasir pedaqogika və metodologiyaları izləmək
• Pozitiv və effektli ünisyyət bacarıqları
• Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər

• Bakalavr İxtisası üzrə yüksək qiymətlər
• Yüksək rus dili bacarığı
• Sahə üzrə təcrübəsi

Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilərsiniz
https://www.21esr.com/career/jobaz/vacancy/10-rus-bolmasi-uzra-komakci-muallim

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən digər vakansiyalar