Aparıcı Mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 13.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2-3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)

Vəzifə öhdəlikləri:

1. Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
2. Bank və kassa əməliyyatlarının icrası;
3. Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
4. Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
5. Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
6. Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

Tələblər:

1. Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
2. Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
3. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq;

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 31.07.2021

İşəgötürənin reytinqi