Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (gündüz növəsi)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 12.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər

• Yaş: 23-35
• Cinsi: qadın
• Təhsil: Ali, tibb təhsili mütləqdir
• İş təcrübəsi: arzuolunandır
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək
• Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
• Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
• Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
• Hesabatlar tərtib etmək
• Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı: 6/1: (qrafiklə)
• Əmək haqqı:550 azn
• Şirkət tərəfindən güzəştli nahar
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.