İnventarlar üzrə mühasib

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 12.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
• Yaş: 25-45;
• Bu sahə üzrə minimum 2 il iş təcrübəsi;
• MS Office (MS Excel) proqram bilikləri;
• Logo Tiger 3 Enterprise proqram bilikləri;
• Rus dili biliyi əlavə üstünlükdür;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin uçotu, izlənilməsi,yerdəyişmələrin sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemə işlənilməsi;
• Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotunun aparılması;
• Digər inventarların uçotu , sayımların təşkili və ehityac yaranarsa sayımlarda iştirak edilməsi;
• Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur ;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
• 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnventarlar üzrə mühasib”yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.