Əritmə və pəstahalma sahəsi üzrə Operator

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 11.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd:

- Əritmə sahəsində ən azı 2 illik iş təcrübəsi olmalı;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;

Hansı işləri görəcəksiniz:

- 1.Sobalarda yerləşdirilmiş termometrlərə nəzarət etməli və verilmiş texnologiyaya əsasən yağın temperatur göstəricilərini raportda qeyd etməli;
- 2.Əgər növbə ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə növbə rəisinə məlumat verməli;
- 3.Flüs verilən zaman temperatur rejiminə əməl etməli;
- 4.Sobadan posa kənar edilən zaman termocütün vəziyyətinə nəzarət etməli;
- 5.Tökməyə hazırlıq görülən zaman sobanın tavan və metal temperatur rejimlərini gözləməli;
- 6. Nümunə götürülən zaman nümunə qabının qızdırılmasını təmir etməli;
- 8.Yolluq və tökmə stolunun öncədən qızdırılmasını təmin etməli;
- 9.Sobada əridilən alüminiumdan nümunə hazırlayıb sobada olan metalın tərkibini təyin etmək üçün labaratoriyada olan spektral analizə verməli;
- 10.Sobadan müəyyən aralıqlarla nümunə alıb onu emal edib analizə verməli;
- 11.Analizin nəticələrinə görə lazım olan maddələri(Mg.Si) əlvə edir və sonra analizə üçün nümunələr hazırlamalı;
- 12.Analizin nəticələrinə görə ərinti tərkibi alınmışsa metal süzümünə başlamalı
- 13.Süzmə prosesini yaxından izləyib, lazımi tapşırıqlar verməli;
- 14.İş yerini təmiz saxlamaq işləyərkən əmək mühafizəsi , təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət etməlidir.

Nə əldə edəcəksiniz?

- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Adekvat əmək haqqı;
- Davamlı karyera imkanı.

Əlavə məlumatlar:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Operator” yazaraq 25.07.2021 il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.