Dezinfeksiya xidmətinin rəisi

  • Eco Medi
  • Elanın qoyulma tarixi: 08.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Xidmətin işinin qurulması və sistemli şəkildə idarə edilməsi;
• İşçilər arasında iş bölgüsünün aparılması və işlərin yüksək səviyyədə icrasına nəzarət etmək;
• Müştəri şirkətlərlə işgüzar münasibətlərin qurulması və onu inkişaf etdirmək;
• Tabeçiliyində olan işçilərin işlərini daha səmərəli və vaxtında yerinə yetirmələri üçün təkliflər vermək;
• Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etmək;
• Xidmətin işləri ilə bağlı hesabatları vaxtında hazırlayıb təqdim etmək.

Əsas tələblər:

• Yaş həddi: 28-45
• Cinsi: kişi
• Ali təhsil (Tibb, İdarəetmə, İqtisadiyyat sahəsində)
• 3 ildən az olmayaraq müvafiq sahədə, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi;
• Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli;
• Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik biliklər;
• Təşkilatçılıq qabiliyyəti;
• İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti;
• Məsuliyyətli və ünsiyyətcil olmalı;
• Komandada işləmək bacarığı;
• MS Office (Word, Excel,) proqramları ilə işləmək bacarığı;
• Ölkə daxilində ezamiyyətlərə getmə imkanı.

İş şərtləri

• İş yeri: Bakı şəhəri;
• İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
• Şirkət tərəfindən yanacaq ilə təmin edilir;
• Əmək haqqı: namizədin bilik bacarığına əsasən təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xidmət rəisi” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.