Mühəndis

  • Servis MTK
  • Elanın qoyulma tarixi: 07.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

• Ali təhsil – “İNŞAAT MÜHƏNDİSLİYİ” mütləqdir
• Tikinti sahəsində ən az 5 il təcrübə
• Yaş : 35-55
• Təyin edilmiş obyektdə ( ərazidə ) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə , istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
• Tikinti işlərin aparılmasında texnoloji ardıcılığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
• Materialların, konstruksiaların və məmulatların qəbul olunmasını təşkil etmək və onların anbarda yerləşdirilməsini,qeydə alınması və aparılmasını təşkil etmək
• Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək ,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara iş təlimatını keçmək .
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək.
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işinb planlaşdırılması prinbsiplərini bilmək.
• Tikinti- quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilək və s.

İş rejimi – 6 günlük

Əmək haqqı : Namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühəndis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Servis MTK tərəfindən digər vakansiyalar