Memar

İşin təsviri

İş barədə məlumat:

1. Layihələrin memarlıq və dizayn həllini təmin etmək, 2d və 3d vizuallaşdırmaq.
2. Eskiz və işçi layihələrinin hazırlanmasını təmin etmək.
3. İnterior, Exterior və Landscape dizaynlarını hazırlamaq.
4. Layihələrin icrası prosesində iştirak etmək.
5. Mərkəzin tabeliyində fəaliyyət göstərən turizm nümayiş obyektlərinin memarlıq konsepsiyasını hazırlamaq.
6. Mərkəzin idarəçiliyində olan qoruqlarda aparılan tikinti işlərinin memarlıq layihələrinə rəy vermək.
7. Şöbə müdirinin göstərişinə əsasən şöbəyə aid məktublar hazırlamaq və yazışmaları həyata keçirmək.
8. Fəaliyyəti ilə bağlı İdarə Heyətinin sədrinə və şöbə müdirinə hesabat vermək.
9. İdarə Heyəti sədrinin və şöbə müdirinin göstərişi ilə səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:

- Ali təhsil (memarlıq sahəsində ali təhsilə üstünlük verilir). İş təcrübəsi: 3 ildən az olmayaraq. Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft office proqramları, İnternet brauzer proqramları və xüsusi memarlıq-mühəndislik proqramları (Autocad, 3DsMax, ArchiCad və.s) . (yüksək səviyyədə). Dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş qrafiki:

Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri

Vakansiya üçün müraciət qaydası: CV-lər “Memar” mövzusu ilə [email protected][email protected] elektron ünvanına göndərilməlidir.