DevOps mühəndisi (kiçik mütəxəssis mütəxəssis)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək
• Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək
• Kodun vaxtında hazırlanmasında, keyfiyyətində və proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak etmək
• Təşkilat üçün kodlaşdırmanın standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq
• İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək
• Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq
• Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək
• Təşkilatın developerlərin və texniki heyət üzvləri arasında onların kodlaşmada və inkişaf prosesində əsas zəif nöqtələrini müəyyən etmək üçün sorğu keçirtmək.

Tələblər:

• Ali təhsil
• DevOps kimi və ya SRE Mühəndis kimi “Agile” komandasında təcrübə arzuolunandır
• Mürəkkəb məlumatları qısa zamanda emal etmək, dəqiq və aydın şəkildə təqdim etmək bacarığı
• Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı
• Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq
• İş yerində şəffaflıq və güvən mədəniyyətini prioritet tutmaq.
• Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir
• Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi