Texniki Avadanlıqlar Zavodunda CNC proqramlaşdırıcı

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 08.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

- Metal və qeyri-metal (MDF (ağac lifləri plitəsi), DSP (ağac yonqarı plitəsi) məmulatları CNC (Rəqəmli Proqram İdarəetmə) dəzgahlarında müvafiq iş əmrinə uyğun icrasının həyata keçirilməsini təmin etmək;
- CNC dəzgahlarında texnoloji proseslərin hazırlanması üçün idarə etmə proqramlarının hazırlanması, dəyişdirilməsi və ya ləğv edilməsinin həyata keçirilməsində iştirak etmək;
- Dəzgahların, materialların və məhsulların istismarı ilə bağlı yaranan problemləri həll etmək;
- İstifadə edilən materialların keyfiyyətinə dair müşahidələr aparmaq və tövsiyələr vermək;
- Hissələrdə olan qüsurları və ya dəzgahlarda olan nasazlıqları aşkar etmək məqsədilə, işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq;
- Problemləri təhlil etmək və yaranmış uyğunsuzluqları aradan qaldırmaq;
- İşin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Keyfiyyətə təminat tədbirlərini həyata keçirmək;
- Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə dəzgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək;
- Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq;
- Planlama şöbəsi tərəfindən tərtib edilmiş iş əmirlərinə əsasən, işlərin icrasını texniki cizgilərə uyğun olaraq həyata keçirmək;
- Texniki cizgilərdə aşkar edilmiş nöqsanlar barədə sahə rəisinə məlumat vermək;
- Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyə çatdırmaq;
- Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün müvafiq ölçmə vasitələrindən istifadə etməklə qiymətləndirmə aparmaq;
- Məhsulun keyfiyyət standartlarına uyğunluğuna operativ nəzarət işlərini yerinə yetirmək;
- Məhsulların standartlara cavab verməsi barədə rəy vermək;
- Emal mərhələlərində istehsal edilmiş məhsullar barədə müvafiq jurnallarda qeydlər aparmaq;
- Ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, həmçinin yanğınla mübarizə ilə bağlı qaydalara riayət etmək;

Namizədə tələblər:

- Sənaye maşınlarının ümumi mexaniki istismarı və məhsuldarlığı
- CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanları
- Texniki rəsm oxumağı
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını
- Ölçmə işləri üçün riyazı biliklər
- CNC sistemlərini təmin etmək və ya standart proqramlaşdırma işlərini

Tələblərə uyğun gələn namizədlər CV-lərini “CNC proqramlaşdırıcı” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Səidə Ağayeva / Whatsapp: 050-268-45-95